• DÜNYA

    06:40 16 iyul 2019

Fransanın cənubunda 2700 turist meşə yanğınlarına görə təxliyyə olunub

Fransanın cənubunda Şərqi Pireney departamentindəki düşərgələrdən təxminən 2700 turist güclü meşə yanğınları səbəbindən təxliyyə olunub.

ONA xəbər verir ki, bu barədə “BFM” telekanalı yanğından mühafizə xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğın yerli vaxtla təxminən 14:00-da Arjelos-sür-Mer kommunasında başlayıb. Gücü saniyədə 19 metrə çatan külək isə yanğının miqyasını genişləndirib. Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, xilasedici və iki “Canadair” təyyarəsi cəlb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR