• DÜNYA

    21:32 24 may 2019

Fransanın Lion şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb

Fransanın Lion şəhərində partlayış olub. Nəticədə azı 6 nəfər xəsarət alıb.

ONA-nın "CNews" telekanalına istinadən verdiyi xəbərə görə, partlayış şəhərin mərkəzindəki piyadaların sıx olduğu bir küçədə qeydə alınıb.

Bildirilir ki, partlayışa içərisində partlayıcı maddə olan bağlama səbəb olub.

Polis ərazidə nəzarəti gücləndirib. Yerli rəsmi dairələr təhlükəsizlik məqsədilə sakinləri ərazidən uzaq qalmağa çağırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR