ABŞ Federal Təhqiqatlar Bürosu səudiyyəli zabitin hərbi aviabazada törətdiyi silahlı insidenti terror aktı kimi qiymətləndirir.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə FTB-nin xüsusi agenti Reyçel Rohas bildirib.
“Biz bu hadisənin terror aktı olması ehtimalı üzərində işləyirik”, - deyə Rohas yerli telekanalların iştirakı ilə mətbuat konfransında bildirib.
Qeyd edək ki, dekabrın 6-da Florida ştatındakı hərbi bazada atışma zamanı, silahlı cinayətkar da daxil olmaqla, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb. Hücum edən şəxsin Səudiyyə Ərəbistanındakı hərbi bazaların birində təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı zabit olduğu bildirilir. ABŞ rəsmiləri baş vermiş insidenti araşdırır. Hücumun terrorla əlaqəli olub-olmadığı hələlik tam məlum deyil.