ABŞ-ın Texas ştatında silahlı insident törədən şəxsin terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur.
APA xəbər verir ki, bu barədə “Chicago Tribune” portalı Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Krostofer Kombsa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, faciənin araşdırılması davam edir. FTB cinayətkarın terror təşkilatları ilə əlaqəsinin olmadığını hesab edir.
Qeyd edək ki, ötən gün 36 yaşlı Set Etor adlı şəxs Midlend şəhərində polis avtomobilini saxlayaraq polis işçisinə atəş açıb. Daha sonra poçt avtomobilini qaçıraraq Odessa şəhərində ticarət mərkəzinə gedib və orada insanlara atəş açıb. Son məlumata görə, 7 nəfər silahlı insidentin qurbanı olub.