• DÜNYA

    13:06 24 mart 2019

Füzulidə qatar minik avtomobilini vurub, sürücü ölüb

Bu gün Füzuli rayonunun Araz Dilağarda kəndində sərnişin qatarı "VAZ-2106" markalı minik avtomobilini vurub.

ONA-nın Qarabağ bürosunun i məlumatına görə, hadisə nəticəsində kənd sakini, avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR