Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Şəxsi avtomobilini idarə edən Bakı sakini, 1988-ci il təvəllüdlü Nəbiyev Rübail Razim oğlu digər sürücü tərəfindən bıçaqlanıb. O, kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. R.Nəbiyev dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, sürücülər arasında mübahisə onların biri-birilərinə yol verməsi olub.
Faktla bağlı araşdırma aparılır.