• DÜNYA

    04:42 28 avqust 2019

“GM – AvtoVAZ” 2-6 sentyabr tarixlərində avtomobil istehsalını dayandıracaq

“GM-AvtoVAZ” birgə müəssisəsi sentyabrın 2-dən 6-dək avtomobil istehsalını dayandıracaq.

APA “TASS”a istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istehsalın dayandırılması müəssisənin istehsal etdiyi avtomobillərə olan tələb və təklif balansının optimallaşdırılması ilə əlaqədardır.

2018-ci ilin nəticələrinə görə, “GM-AvtoVAZ” zavodu istehsalı təxminən 3% azaldıb. Keçən il şirkət 31,874 min avtomobil istehsal edib.

Qeyd edək ki, “GM-AvtoVAZ” “Chevrolet Niva” avtomobillərini istehsal edən Rusiyanın “AvtoVAZ” (Samara bölgəsi, Tolyatti) və ABŞ-ın “General Motors” şirkətlərinin birgə müəssisəsidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR