• DÜNYA

    18:13 17 mart 2019

“Google” Trampa cavab verib

“Google” ABŞ prezidenti Donald Trampın ittihamına cavab verib.

ONA-nın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, D. Tramp bundan əvvəl “Google”-ni Çin və bu ölkənin ordusuna kömək etdiyini bildirib.

“Google”-nin mətbuat xidmətinin nümayəndəsi Vivian Salam isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Google” Çin hərbçiləri üçün çalışmır: “Biz ABŞ hökuməti üçün çalışırıq. Bura ABŞ Müdafiə Nazirliyi, kibertəhlükəsizlik, səhiyyə və digər sahələr də daxildir. ”.

Qeyd edək ki, D. Tramp dünən “Twitter”-də yazmışdı ki, “Google” Çin və bu ölkənin ordusuna kömək edir, bu, qorxuludur: “Yaxşı xəbər isə odur ki, “Google” Trampa yox, qeyri-dürüst Hillari Klintona kömək etdilər. Bundan nə ortaya çıxır?”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR