• DÜNYA

    11:48 2 may 2019

Güclü yağışlar Gürcüstanda daşqına səbəb olub

Aramsız yağışlar Gürcüstanın Kaxeti regionunda daşqına səbəb olub.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, çaylarda suyun səviyyəsinin qalxması nəticəsində Telavi bələdiyyəsinə tabe olan 4 kəndi su basıb.

Palçıq axını və məişət tullantılarının drenaj kanallarını tıxaması səbəbi ilə daşqının miqyası daha da genişlənib. Hadisə nəticəsində insan tələfatı olmasa da, külli miqdarda maddi zərərin dəydiyi bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR