• DÜNYA

    18:01 10 may 2019

Gürcü nazir: “BTQ bizim üçün strateji əhəmiyyət daşıyır”

"Bakı-Tbilisi-Qars layihəsi bizim üçün strateji əhəmiyyət daşıyır. Suveren maraqlarımız üç ölkə ilə razılaşdırılmış qaydalarda bu layihə ilə üst-üstə düşür”.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turunava Rusiyanın layihəyə qoşulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Bildirib ki, haradan gəlməsindən asılı olmayaraq, koridordan logistika məqsədilə istifadə edilməsi layihənin məqsədinə uyğundur: “Karqolar istər Rusiyadan olsun, istər Qazaxıstandan, istərsə də Çindən – biz bu istiqamətdən karqo məqsədilə istifadə edilməsini xoş qarşılayırıq”.

Nazir qeyd edib ki, layihə ilə bağlı üç ölkə arasında razılaşdırılmış qaydalar ancaq hər üç tərəfin icazəsi ilə dəyişdirilə bilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR