• DÜNYA

    17:19 13 mart 2019

Gürcüstan da “Boeing 737-8 MAX” təyyarələrinin uçuşunu dayandırıb

Gürcüstan hökuməti “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin ölkənin hava məkanında uçuşunu müvəqqəti dayandırıb.

ONA xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, qərarın məqsədi sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etməkdir. Agentliyin məlumatına əsasən, Gürcüstanda “Boeing 737 MAX" tipli qeydiyyatda olan təyyarə yoxdur. Buna görə də bu məhdudiyyət ölkənin hava məkanına ciddi təsir göstərməyəcək.

Bu il martın 10-da Efiopiyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması və nəticədə 157 nəfərin ölməsi ilə Çin hava gəmisindən istifadəni rəsmən dayandırıb. Çinin Mülki Aviasiya Administrasiyası İndoneziyada və Efiopiyada eni tipli təyyarənin qəzaya uğramasında oxşarlıq aşkar etdiyini bəyan edib. Martın 12-də bir sıra Avropa ölkələri bu tipli təyyarələr üçün hava məkanların qapalı elan edib. Həmçinin Vyetnam, İndoneziya, Monqolustan, Oman, Rusiya, Qazaxıstan və Sinqapur qəzanın dəqiqi səbəbləri aydınlaşana qədər təyyarənin istifadəsini dayandırıb.

“Boeing 737 MAX” – “737” seriyasının buraxdığı 4-cü nəslidir və 2017-ci ildən istismara verilib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR