Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Yeni Zelandiyadakı terror hücumunda istifadə edilən silahlarla bağlı məlumatları araşdırır.
ONA "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti terrorçuların Gürcüstanla mümkün əlaqələrinin aydınlaşdırılması üçün Yeni Zelandiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, martın 15-i səhər saatlarında Yeni Zelandiyanın Kristçörç şəhərində 2 məscidə silahlı basqın olub. Hadisə zamanı 49 nəfər ölüb, 50-yə yaxın insan isə yaralanıb. Hücumu həyata keçirən Brenton Tarrant hadisəni başına yerləşdirdiyi gopro kamerası vasitəsilə canlı şəkildə sosial şəbəkələrdə paylaşıb. Terror hücumunda istifadə edilən silahların üstündə müxtəlif dillərdə, o cümlədən erməni və gürcü dilində yazılar olub.