Gürcüstan əhalisinin sayı ötən illə müqayisədə 0,2 faiz azalaraq 3 milyon 723 min 500 nəfər təşkil edib.
ONA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 0-dan 14 yaşa qədər əhali ümumi əhalinin 20,3 faizini təşkil edib, əməyə yararlı əhali – 64,9 faiz, 65 yaşdan yuxarı şəxslər isə 14,8 faiz təşkil edib.
Həmçinin ötən illə müqayisədə kişilərin sayı dəyişməyərək 1 milyon 790 min 900, qadınların sayı isə 0,3 faiz azalaraq 1 milyon 932 min 600 nəfər olub. Beləliklə də Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir.