Gürcüstan hava limanlarında sərnişindaşıma 20 faiz artıb
  • DÜNYA

  • 11:32 07 May 2019

Gürcüstan hava limanlarında sərnişindaşıma 20 faiz artıb

Gürcüstanda hava limanları bu  ilin ilk dörd ayında ötən illə müqayisədə 20 faiz çox sərnişin daşıyıb.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, məlumatı Gürcüstan Hava Limanları Assosiasiyası yayıb. Bildirilib ki, aprel ayı ərzində ölkədə hava nəqliyyatı ən yüksək həddə çatıb.  Təkcə Tbilisi Hava Limanından apreldə 331 min 523 sərnişin istifadə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz çoxdur.

İlin ilk dörd ayı ərzində Kutaisi Hava Limanında sərnişin daşımalarının həcmi 89 faiz artaraq 224 min 314 nəfərə çatıb. Batumi və Mestia hava limanlarından istifadə edən sərnişinlərin sayının ötən illə müqayisədə 16 faiz, Ambrolauri hava limanında isə 20 faiz artdığı bildirilib. Ümumilikdə Gürcüstanda hava limanları bu ilin ilk dörd ayında 1 milyon 450 min 847 sərnişinə xidmət edib.

OXŞAR XƏBƏRLƏR