Gürcüstan İrana birbaşa uçuşların dayandırılmasından sonra quru yolu ilə hərəkəti də müvəqqəti dayandırıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Nazirinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, qərar Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə yaradılan fövqəladə koordinasiya qrupunun iclasında qəbul edilib.