• DÜNYA

    19:51 2 may 2019

Tbilisidə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisi şəhərində elektrik enerjisinin verilməsi tam bərpa edilib.

ONA-nın sputnik-georgia.ru saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın regionlarda isə qəzanın fəsadları hələ ki, aradan qaldırılmayıb.

Qeyd edək ki, Gürcüstan vaxtı ilə saat 18:11-də 500 kilovoltluq “İmereti” elektrik ötürücüsünün xətlərində qəza baş verib.

***

19:37

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin böyük hissəsi və bir neçə region işıqsız qalıb.

ONA-nın sputnik-georgia.ru saytına istinadən xəbərinə görə, qəza 500 kilovoltluq “İmereti” elektrik ötürücüsünün xətlərində baş verib.

Qəza Gürcüstan vaxti ilə saat 18:11-də olub.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR