Gürcüstanda əhalinin 56 faizi hökumətin fəaliyyətinin mənfi, 36 faizi isə müsbət olduğunu düşünür. ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, ABŞ Milli Demokratiya İnstitutunun mart-aprel aylarında apardığı sorğunun nəticəsində belə qeyd olunub.
Sorğu iştirakçılarının 6 faizi cavab verməkdən imtina edib. Bir faizi isə suala necə cavab verməli olduğunu bilmədiyini qeyd edib.
Sorğuda 2927 nəfər iştirak edib.
2018-ci il dekabrında keçirilən sorğuda isə respondentlərin 53 faizi hökumətin fəaliyyətini mənfi, 44 faiz isə müsbət qiymətləndirib.