Gürcüstanda keçirilən seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına gün ərzində ümumilikdə 89 şikayət daxil olub.
ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bu barədə komisiyanın mətbuat katibi Ana Mikeladze məlumat verib.
Bildirib ki, şikayətlər ən çox Marneuli və Zuqdididən qəbul edilib.
“Şikayətlərdən 44-ü Zuqdididən, 21-i Marneulidən, 16-sı Xulo, 6-sı Zestaponi, 1-i isə müvafiq olaraq Ozurgeti və Tiflisdən qəbul edilib” - deyə Ana Mikeladze bildirib.
Qeyd olunub ki, komissiyanın qaynar xəttinə gün ərzində 209 zəng, 56 sms daxil olub.
Şikayətlərin əsasən texniki məsələlərlə bağlı olub.