• DÜNYA

    15:49 20 may 2019

Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir

Gürcüstan müxalifəti ölkədə keçirilmiş seçkilərin nəticələrinə etiraz edir.

ONA-nın yerli bürosunun xəbərinə görə, müxalifət qüvvələri etiraz aksiyasının Zuqdidi rayonunda başlayacağına və İvanişvilinin sarayında yekunlaşmasına qərar verib.

Zuqdidi rayon İcra Hakimiyyəti başçılığına namizəd Sandra Roelofs iqtidarı seçkiləri saxtalaşdırmaqda ittiham edib.

“Təşkilatlanmalıyıq. Bütün küçələrdə, yollarda, kəndlərdə və şəhərlərdə etiraz etməliyik. Bir çox siyasi partiya bizi dəstəkləyir”, - deyə Sandra Roelofs bildirib.

Qeyd edək ki, Sandra Roelofs Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşıdır.

Xatırladaq ki, mayın 19-da Gürcüstanda aralıq və növbədənkənar seçkilər keçirilib. Ölkə üzrə ümumilikdə 410 seçki məntəqəsində keçirilən seçkilərin nəticələri əsasında Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına icra başçıları, aralıq parlament seçkilərində isə Tiflisin Mtatsminda rayonunun majoritar dairəsindən deputat müəyyənləşib.

Marneulidə keçirilən növbədənkənar icra başçısı seçkisində Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallı qalib gəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR