Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının keçirdiyi brifinqdə elan olunub.
Bildirilir ki, qərar "Gürcü Arzusu" partiyasının siyasi şurasının iclasında qəbul edilib.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.