“Azərbaycan tərəfi ilə müzakirələrin nəticəsi çox önəmlidir. Bu müddət ərzində təmkinli olmaq lazımdır”.
ONA-nın yerli bürosunun məlumatına görə, bu fikirləri Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri Andria Jagmaidze öz facebook hesabında qeyd edib. O, bildirib ki, Patriarxlıq müzakirələrin gedişatını davamlı surətdə izləyir.
"Biz Xarici işlər naziri David Zalkalianinin və Baş nazirin qarşı tərəflə apardığı dioloqin nəticəsini gözləyirik" - deyə Patriarxlığın mətbuat katibi bildirib.