• DÜNYA

    04:31 22 iyun 2019

Gürcüstan polisi aksiyalarda "Molotov kokteyli" atmağı planlaşdıran şəxsi saxlayıb

Gürcüstan DİN-in əməkdaşları Tbilisidə parlament binası qarşısındakı mitinqdə “Molotov kokteyli” atmağa hazırlaşan 70 yaşlı kişini saxlayıb.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu qurumun nümayəndəsi Mamuka Çelidze məlumat bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları 70 yaşlı kişinin yaşadığı evdən 12 ədəd şüşə qabda hazırlanmış “Molotov kokteyli” və onun hazırlanması üçün lazım olan materiallar götürüb. Polis onu parlament binası qarşısında həmin partlayıcı maddəni istifadə etməyə hazırlaşarkən saxlayıb”, - Çelidze belə deyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR