Gürcüstanın Rusiya ilə sərhədində 4 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 01:01-də qeydə alınıb.
Dağıntı barədə məlumat yoxdur.