Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan dilində təbrik ünvanlayıb.
ONA-nın yerli bürosu xəbər verir ki, bu təbrik nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb.
Təbrikdə bildirilir: "Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik".