• DÜNYA

    22:48 31 mart 2021

Gürcüstana doğum gününü keçirməyə gələn Vladimir Pozner etirazla qarşılanıb

Bu gün Rusiyadan 50-dək şou-biznes və media nümayəndəsi çarter reysi ilə Gürcüstana gəlib.

APA-nın Gürcüstan bürosu "Formula" telekanalına istinadən xəbər verir ki, Gürcüstana səfər edən ictimai xadimlər arasında rusiyalı jurnalist Vladimir Pozner də var.

Məlumata görə o, Gürcüstana doğum gününü qeyd etmək məqsədi ilə səfər edib.

V.Poznerin Gürcüstana səfəri vətəndaş cəmiyyəti fəallarının, eləcə də bəzi müxalifət liderlərinin etirazına səbəb olub. Onun qaldığı hotelin ətrafına toplanan fəallar fit çalaraq ölkəni tərk etməsini tələb ediblər. Polis ərazinin mühafizəsini gücləndirib. Hazırda etiraz aksiyası davam edir.

Etirazçılar V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını, bu səbəbdən onun ölkəyə buraxılmasının qəbuledilməz olduğunu bildirirlər.

Qeyd edək ki, V. Pozner daha əvvəlki çıxışlarından birində Gürcüstanın 2008-ci ildə Abxaziyaya hərbi təcavüz etdiyini və nəticədə onu birdəfəlik itirdiyini qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR