• DÜNYA

    17:41 10 may 2019

Gürcüstanda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən məktəblilər evə buraxılıb - YENİLƏNİB-1

Gürcüstanın Samegrelo-Zemo Svaneti rayonunun Senaki qəsəbəsində zəhərlənmə səbəbi ilə xəstəxanaya yerləşdirilən şagirdlər evə buraxılıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, məktəblilərdən sadəcə birinin durumu ağır olduğundan xəstəxanada saxlanılıb.

Daxili İşlər Nazirliyi hadisənin səbəblərini araşdırır. Faktla bağlı diqqətsizlik və sağlamlığa ciddi zərər vurma maddələri ilə cinayət işi başlanıb.

***

15.52

Gürcüstanda daha 15 məktəbli zəhərlənib.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, ​​​​​​Rustavi ictimai məktəbində 15 şagirdin məktəb yeməkxanasındakı qidadan zəhərləndiyi bildirilir.

Şagirdlərdə zəhərlənmə əlaməti görən məktəb direktoru təcili yardım xidmətinə zəng edib. Məktəblilərə ilkin tibbi yardım göstərilib və zəhərlənmənin təsiri azaldılıb.

***

15:18

Gürcüstanın Samegrelo-Zemo Svaneti rayonunun Senaki qəsəbəsində 24 ibtidai sinif şagirdi zəhərlənib.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, məktəblilərin 10-11 yaş arası olduğu bildirilir. Təcili xəstəxanaya çatdırılan şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR