Gürcüstanın Acarıstan Muxtar Respublikasında xüsusi əməliyyat keçirən prokurorluq əməkdaşları 7 yüksək vəzifəli dövlət rəsmisini saxlayıb.
ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş Prokurorluğun bəyanatında deyilir. Saxlanılanlar arasında Batuminin keçmiş meri Gorgi Emrakov, vitse-mer Tengiz Petridze, muxtar respublikanın Təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze, təhsil və maliyyə nazirlərinin müavini Arçil Vanadzenin olduğu qeyd olunub. Saxlanılanlar dövlət əmlakını talamaqda və vəzifə səlahiyyətlərindən su-istifadədə ittiham olunur. Faktla bağlı cinayət işi başladılıb.