• DÜNYA

    11:11 3 may 2019

Gürcüstanda 85 yaşlı kişi qızını, baldızını və iki qonşusunu öldürüb

Gürcüstanda 85 yaşlı kişi 4 nəfəri öldürüb.

ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, hadisə Sagarejo rayonunun Kandaura kəndində qeydə alınıb. Kənd sakini 85 yaşlı kişi öz qızını, baldızını və iki qonşusunu öldürüb, həyat yoldaşını isə yaralayıb. Cinayəti törədən şəxs qaçmayıb.

Polis hadisənin təfərrüatlarını araşdırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR