Gürcüstanda aralıq seçkilərin ikinci mərhələsinin vaxtı məlum olub
  • DÜNYA

  • 15:30 27 May 2019

Gürcüstanda aralıq seçkilərin ikinci mərhələsinin vaxtı məlum olub

Gürcüstanda aralıq parlament seçkilərinin ikinci mərhələsi iyunun 9-da keçiriləcək.

ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da keçirilən seçkilərin nəticəsinə əsasən Tiflisin Mtatsminda rayonu üzrə millət vəkili seçkiləri ikinci mərhələyə qalıb. Seçkilərdə Gürcü Arzusu-Müstəqil Demokratlar partiyasından Şalva Şavqulidze və Gürcü Arzusu partiyasından  Lado Kaxadze mübarizə aparacaq.

Səid Babazadə

Teqlər: Gürcüstan seçki

OXŞAR XƏBƏRLƏR