• DÜNYA

    11:51 17 oktyabr 2021

Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş marafon keçirilib - FOTO

Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr edilmiş marafon keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, marafon saat 10:00-da Tbilisidə Heydər Əliyev adına parkdan start götürüb. 300-ə yaxın iştirakçı 30 kilometrlik uzaqlıqdakı Rustavi şəhərinin Heydər Əliyev parkının yaxınlığında yerləşən finiş xəttini birinci keçmək uğrunda yarışıb.
Finiş xəttini ilk Gürcüstan vətəndaşı olan 29 yaşlı Daviti Xarazişvili keçib.
Kişi və qadınlar arasında ilk üç yerin qaliblərinə medal, diplom və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR