• DÜNYA

    15:37 14 mart 2019

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə yolların bərpası planlaşdırılır

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kəndlərdə daxili və kəndlərarası yolların bərpası planlaşdırılır.

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, layihə Marneuli bələdiyyəsinin 7 kəndini əhatə edir.

Marneuli bələdiyyə Məclisinin 13 mart tarixli növbədənkənar iclasında qəbul edilən qərara görə, Marneulidə 5 yol çəkiləcək. İclasda Marneuli meriyasının Sahə quruculuğu və İnfrastruktur Xidmətinin rəhbəri Leri Panqan bələdiyyə deputatlarını Marneulidə həyata keçiriləcək layihələrlə tanış edib. Həmin layihələr aşağıdakılardır:

Ağməmmədli-Ulaşlı-Qasımlı kəndlərini bir-birinə bağlayan yol – 1 500 000 larilik layihə;

İlməzli kəndinin yolu – 400 000 larilik layihə;

Ambarovka kəndinə gedən yol – 400 000 lariyə qədər layihə;

Qaçağan kəndinin yolu – 300 000 larilik layihə;

Tserakvi kəndinin daxili yolları – 250 000 larilik layihə;

Yuxarıda qeyd olunan layihələrin həyata keçirilməsinə 2019-cu ildən başlanacaq.

Amil Məmmədov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR