• DÜNYA

    18:31 26 mart 2019

Gürcüstanda bələdiyyələrin səlahiyyətləri artırılır

Gürcüstan parlamenti yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan strategiya üzərində işə başlayır.

ONA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu bu gün parlamentin Regional siyasət və özünüidarəetmə üzrə komitəsinin sədri Zaza Qabuniya bildirib.

Strategiyanın müzakirə edildiyi İşçi qrupuna parlamentin bütün subyektləri daxil edilib. Sənəd üzərində iş yarım ay ərzində başa çatdırılmalı, ayın ortalarında hökumətə təqdim olunmalıdır. Ç.Qabuniya deyib ki, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi, şəhərlərin və bələdiyyələrin səlahiyyətlərinin artırılması, regionlarda əhali üçün vacib xidmətlərin yaradılması da daxil olmaqla, strategiyada bütün istiqamətlərin əksini tapması üzərində çalışırlar.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR