Tbilisi Dövlət Tibb Universitetində (TDTU) Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının (AMEE) regional nümayəndəliyi açılıb.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı TDTU ilə AMEE arasında memorandum imzalanıb. Nümayəndəliyin açılışında Gürcüstanın Baş naziri Mamuka Baxtadze də iştirak edib.
Bildirilib ki, AMEE-nin əsas məqsədi, tibbi təhsildə müasir texnologiyaların tətbiqi, ölkənin və regionun ali tibbi təhsil müəssisələrinin ekspertlərinə müxtəlif tematik təlimlərin keçirilməsidir.
Qeyd olunub ki, hazırda TDTU-da 68 ölkədən 2300 xarici tələbə təhsil alır. Universitetin tələbələrinin 38 faizi xarici tələbələr təşkil edir.