Gürcüstanda cinayətlərin sayı artıb.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Baş Prokurorluğun hesabatında bildirilib. Qeyd olunub ki, 2018-ci ildə ölkədə 16 min 820 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu da 2017-ci illə müqayisədə 6.5% çoxdur. Ən çox törədilən üç cinayətin oğurluq, məişət zorakılığı və narkotik maddələrin istifadəsi olduğu vurğulanıb.
Hesabatda qeyd olunub ki, ötən il soyğunçuluq, hədə-qorxu gəlmə, soyuq silah daşıma, dövlət sərhədini qanunsuz keçmə, xuliqanlıq kimi cinayətlərin sayında da artım qeydə alınıb.
Baş Prokurorluğun hesabatı plenar sessiyada müzakirə edilməsi üçün parlamentə təqdim edilib.