Gürcüstanda daha bir nəfər koronavirusdan vəfat edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfərə, koronavirusa yoluxanların sayı isə daha üç nəfər artaraq 388-ə çatıb. Hazırda Gürcüstanda 4971 nəfər karantində saxlanılır, stasionar müalicədə isə 519 nəfər var. Virusa yoluxmuş şəxslərdən 86-sı sağalıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.