Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadze koronavirusa yoluxub. APA-nın Gürcüstan bürosu xəbər verir ki, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edən millət vəkilinin COVİD-19 analizinin cavabı müsbət olub.
Qeyd edək ki, bir neçə gün öncə parlamentin digər üzvü Levan Qoqiçaişvilinin də virusa yoluxması təsdiqlənib.
Hər iki deputatın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.