• DÜNYA

    12:57 22 may 2019

Gürcüstanda əlilləri nəzərə almayan obyektlər cərimələnəcək

Gürcüstanda sağlamlıq imkanları məhdud insanlara xüsusi yer ayırmayan hər növ tikinti-planlama işlərinə cərimə tətbiq ediləcək.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim ediləcək.

“Gürcü Arzusu” partiyasından olan millət vəkillərinin hazırladığı qanun layihəsinə görə yaşayış binaları və istirahət zonaları da daxil olmaqla bir sıra obyektlərdə qayda pozuntusuna yol verildiyi təqdirdə 1000 və 10.000 lari arasında cərimə tətbiq ediləcək. Cərimə tətbiq edilən müəssisə 30 gün ərzində qüsuru aradan qaldırmazsa, məbləğ iki dəfə artırılacaq.

Səid

Teqlər:

SON XƏBƏRLƏR