Gürcüstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bununla əlaqədar Prezident Salome Zurabişvili müvafiq fərman imzalayıb.
12 maddəlik sənədə əsasən, ölkə ərazisində bir sıra konstitusion haqlar koronavirusla mübarizə məqsədi ilə məhdudlaşdırılıb.
Qeyd edək ki, fövqəladə vəziyyət aprelin 21-dək bir ay müddətində davam edəcək.