• DÜNYA

    18:12 8 mart 2020

Gürcüstanda hakimiyyət və müxalifət yeni seçki modeli barədə razılığa gəlib

Gürcüstanda hakimiyyət və müxalifət təmsilçiləri 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi barədə razılığa gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında parlamentin Sədri Arçil Talakvadze bildirib.

İmzalanmış Memoranduma əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional qaydada (partyia siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Seçkilərdə baryerin 5 faizdən 1 faizə endirilməsi barədə də razılıq əldə olunub.

Qeyd edək ki, Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyasına əsasən, 77 deputat proporsional qaydada, 73 deputat majoritar qaydada seçilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR