Gürcüstanda hərbi qulluqçu yaşadığı evdə ölü tapılıb.
ONA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda meyiti tapılan şəxsin bu il mayın 15-dən müqavilə əsasında Milli Qvardiyanın 10-cu briqadasında hərbi xidmətə başlamış Paata Çxaidze olduğu bildirilib.
Polis hadisə yerinə baxış keçirərkən ov tüfəngi aşkarlayıb.
Hadisənin səbəbləri araşdırılır.