• DÜNYA

    00:41 27 noyabr 2019

Gürcüstanda iki polis öldürülüb, bir nəfər yaralanıb

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində iki polis zabiti öldürülüb, bir nəfər isə yaralanıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisənin odlu silahla törədildiyi bildirilib. İlkin versiyaya görə, polislər arasında mübahisə baş verib və onların hər ikisi silahından atəş açaraq digərini ağır yaralayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə əlaqədar açıqlama verməyib.

Səid

Teqlər:

SON XƏBƏRLƏR