• DÜNYA

    11:57 17 may 2019

Gürcüstanda işsizliyin səviyyəsi son 15 ildə ən aşağı həddə düşüb

Gürcüstanda işsizliyin səviyyəsi son 15 ildə ən aşağı həddə düşüb.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Ofisinin hesabatında qeyd olunub.

Bildirilir ki, 2018-ci ildə Gürcüstanda işsizlik 1.2 faiz azalaraq 12.7 faiz olub. Bu isə son 15 ildə ən aşağı göstəricidir. Hesabata əsasən ötən il əmək qabiliyyətli əhalinin 63.9 faizi əmək fəaliyyəti ilə məşğul olub. Şəhərlərdə iş yerlərinin sayı 1.2 faiz, bölgələrdə isə 3.4 faiz artıb. Ümumilikdə əmək qabiliyyəti olan qadınların 55.6 faizi, kişilərin isə 73.6 faizi işlə təmin olunub.

Səid

Teqlər:

SON XƏBƏRLƏR