• DÜNYA

    11:19 15 avqust 2019

Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb

Gürcüstanın Svaneti rayonunda üç Belarus vətəndaşı itkin düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gecə qurumun “112” qaynar xəttinə turistlərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra onların axtarışına başlanılıb. Bu gün səhər isə axtarış işlərinə qurumun helikopteri cəlb edilib. İtkin düşən turistlərin hər üçünün qadın olduğu bildirilib.

Məlumata görə, turistlərdən ibarət qrup düşərgə yerinə qayıdarkən, belaruslu turistlər qrupdan ayrılıb, daha sonra onları görən olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi isə qurumun xilasedicilərinin itkin düşən turistləri Tetnuldi zirvəsində tapdığı barədə məlumat yayıb. Turistlərdən ikisi ölüb, biri isə yaralıdır. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilib.

Turistlərin ölüm səbəbi açıqlanmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR