Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1791 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumətinin koronavirusa mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 40 727 nəfərə çatıb.
Virusa yoluxanlardan 25104 nəfərinin sağaldığı, 335 nəfərinin isə öldüyü bildirilir.