Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 164 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 617 753, ölənlərin sayı isə 9 038 nəfərə çatıb. Virusa yoluxanlardan 589 791 nəfərin sağaldığı bildirilir.