Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da Gürcüstanda virusa yoluxanların sayı 732 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 537 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.