• DÜNYA

    11:13 25 oktyabr 2020

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 928 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 28 431 nəfərə, ölənlərin sayı 201 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 112 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 10 767 nəfərin sağaldığı bildirilir.

Səbinə

Teqlər:

SON XƏBƏRLƏR