Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 751 nəfərə çatıb
  • DÜNYA

  • 10:48 28 Mart 2021

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 751 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  365 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  280 301 ölənlərin sayı isə 3 751 nəfərə çatıb.

Virusa yoluxanlardan 272 219 nəfərin sağaldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR