• DÜNYA

    19:15 17 may 2019

Gürcüstanda mədənçilər aclıq aksiyasına başlayıb

Gürcüstanın Çiatura şəhərində 15 mədənçi şəhər icra hakimiyyəti binasının qarşısında aclıq aksiyasına başlayıb.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, onlar iş şəraitlərinin dərhal yaxşılaşdırılmasını və əməkhaqlarının artırılmasını tələb edirlər.

Qeyd edək ki, mədənçilərin ötən gün tətil elan edən mədənçilərin “Georgian Manganese” şirkəti ilə bugünkü danışıqları nəticəsiz qalıb. Şirkət işçilərin tələblərini yerinə yetirməkdən imtina edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR