• DÜNYA

    17:40 16 may 2019

Gürcüstanda meşə yanğınının böyük hissəsi söndürülüb

Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında baş verən meşə yanğınının böyük hissəsi söndürülüb.

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halları İdarəetmə Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda qurumun canlı qüvvəsi ərazidə qabaqlayıcı tədbirləri davam etdirir.

Sərhəd polisinin helikopteri ilə əraziyə 24 uçuş təşkil edilib və ümumilikdə 48 ton su boşaldılıb. Samstxe-Cavaxetiya meşə xidmətinin əməkdaşları yanğınsöndürmə tədbirləri başa çatdıqdan sonra da hadisə yerində qalaraq monitorinqləri davam etdirəcəklər.

Səid

Teqlər:

SON XƏBƏRLƏR